Ötən həftələrdə Super Bowl fasiləsi şousunda səhnəyə çıxan və ikinci övladına hamilə olduğunu açıqlayan Rihannanın 95-ci Oskar mükafatlandırma mərasimində çıxış edəcəyi məlum olub.
Medianews.az xəbər verir ki, doqquz Grammy mükafatlı müğənni Rihanna son həftələrdə Amerika Futbol Liqası çempionluğu oyunu olan Super Bowl-un fasilə şousunda səhnəyə çıxıb.
Doqquz ay əvvəl ilk övladını dünyaya gətirən Rihanna hamiləlik sürprizi ilə hər kəsi təəccübləndirib.
İkinci dəfə ana olmaq üçün həyəcanlı olan Rihannanın 95-ci Akademiya Mükafatları mərasimində “Qara Panter: Vakanda Forever” filmindən Oskara namizəd olan “Lift Me Up” mahnısını oxuyacağı məlum olub.
Cimmi Kimmelin aparıcılığı ilə keçirilən 95-ci Oskar Mükafat Mərasimi 12 Mart bazar günü ABC kanalında və dünya mediasında canlı yayımlanacaq.
Medianews.az