Sabiq prezident Tramp Baydenin Kiyevə dəstəyinə görə üçüncü dünya müharibəsinin qaçılmaz olduğunu bəyan edib.
Medianews.az CNN kanalına istinadla xəbər verir ki, Amerika lideri hesab edir ki, III Dünya Müharibəsi heç vaxt indiki qədər yaxın olmayıb:
“Baydenin Ukrayna ilə bağlı hansı addımlar atdığını başa düşsəniz bilərsiz ki, o, sistematik, lakin bəlkə də şüursuz şəkildə bizi tezliklə üçüncü dünya müharibəsinə çevrilə biləcək addıma sövq edir”, – deyə bildirib.
Qeyd edək ki, ABŞ prezidenti Bayden bu həftə Ukrayna və Polşaya səfər edib. Varşavada o, xüsusilə deyib ki, Qərb Rusiyanı məhv etmək niyyətində deyil və ona hücum etmək niyyətində deyil. Bayden həmçinin rusları NATO və Qərbi düşmən kimi görməməyə çağırıb.
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova cavabında isə belə bildirb:
“Rus dilində çox gözəl “düşmən” sözü var. Onlar düşməndən də pisdir”, – deyə fikrini bildirib.
Medianews.az