Almaniyanın xarici işlər naziri Annalena Baerbock və daxili işlər naziri Nensi Faeser “əsrin fəlakəti” olaraq xarakterizə edilən zəlzələlərin episentri Kahramanmaraşın Pazarcık rayonunda araşdırmalar aparıb.
Medianews.az xəbər verir ki, Pazarcık Atatürk Parkındakı çadır şəhərciyini ziyarət edən Baerbock və Faeser, Kırıkkale valisi Bülent Tekbıyıkoğlunun Pazarcıkda koordinasiya valisi vəzifəsinə təyin edilməsindən məlumat alıblar.
Çadır şəhərciyində vətəndaşlarla, şəhid müəllim Aybüke Yalçının adını daşıyan Qızıl Aypara çadırında uşaqlarla görüşən Baerbock və Faeser könüllü alman həkimlərin qurduğu tibbi xidmət çadırını da ziyarət edib.
Daha sonra Baerbock və Faeser rayon mərkəzində dağıntılar olan əraziləri gəzərək jurnalistlərə açıqlamalar veriblər.
Buraya nə baş verdiyini görmək üçün gəldiklərini ifadə edən Baerbock, “Bu zəlzələ fəlakətinin ölçüsü burada olsanız belə, sözlə ifadə edilə bilməz” deyib.
Ötən gün bölgədə zəlzələ olduğunu və insanların maşınlarında gecələdiyini xatırladan Baerbok zəlzələni də hiss etdiklərini bildirib. Baerbok burada beynəlxalq yardımın nə qədər əhəmiyyətli olduğunu gördüklərini ifadə edib. Baerbock, Almaniya hökuməti olaraq çadır, tibbi ləvazimat, qida yardımı, ədyal və generatorlar üçün əlavə 50 milyon avro təmin etdiklərini və beləliklə də Almaniyanın zəlzələ qurbanlarına yardımının 108 milyon avroya çatdığını bildirib.
Almaniyada qohumları olanların viza prosesini asanlaşdırdıqlarını vurğulayan Baerbok insanların viza üçün rahatlıqla müraciət edə bilməsi üçün bölgədə “viza avtobusu”nun olduğunu qeyd edib.
Baerbock, pasportları dağıntılar altında olanların məlumat ötürülməsinin sürətli olmasını təmin etmək üçün Türkiyə səlahiyyətliləri ilə daim əlaqə saxladıqlarını bildirib.
Baerbock, ilk etapda təcili yardım göstərilsə də, yardımın uzunmüddətli olması lazım olduğunu, insanlara perspektiv təmin etmək üçün bu yardımı uzun müddət edəcəklərini söyləyib.
Baerbock, Əsəd rejiminin humanitar yardımın girməsinə icazə vermədiyi üçün Suriyanın şimalına yardımın çatmasının çətin olduğunu açıqladı, lakin Almaniyanın verdiyi yardımın Suriyanın da olduğunu və bu gün açıqlanan 50 milyon avroluq yardımın 17 milyon avrosunun da olduğunu diqqətə çatdırıb.
Baerbok Suriyada açılan keçidlər vasitəsilə Suriyaya mümkün qədər çox yardım çatdırmaq istədiklərinin vurğulayıb.