Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və MHP lideri Dövlət Baxçalı Hatayda təbii fəlakət koordinasiya mərkəzində olarkən zəlzələ baş verib.
Medianews.az xəbər verir ki, daxili işlər naziri Süleyman Soylu da həmin anda orada olub.
Qeyd edək ki, dünən axşam saatlarında Hatayda 3 dəqiqə arayla iki böyük zəlzələ baş verib. Mərkəzləri Dəfnə rayonunda 6,4, Samandağ rayonunda isə 5,8 bal gücündə iki zəlzələ ətraf əyalətlərdə də hiss olunub.
Medianews.az