Şimali Koreyanın yeraltı nüvə sınağı obyekti Punggye-ri milyonlarla insanın həyatı üçün ciddi təhlükə yaradır. Obyektdə aparılan nüvə sınaqları nəticəsində milyonlarla insanın içməli su təchizatı radioaktiv maddələrə məruz qalır.
Medianews.az bildirir ki, Cənubi Koreyanın yerli mətbuatında yer alan xəbərə görə, paytaxt Seulda yerləşən bir insan haqları təşkilatının dərc etdiyi hesabatda, bölgədəki milyonlarla insanın istifadə etdiyi su ehtiyatlarının Punggye-dən yayılan radioaktiv maddələrə məruz qaldığı bildirilib.
Hesabatda nüvə obyektinin milyonlarla insana ev sahibliyi edən ətrafındakı 8 şəhər və qəsəbəni təhdid etdiyi, kənd təsərrüfatı və balıqçılıq məhsulları səbəbiylə Cənubi Koreya, Yaponiya və Çində bir çox insanı təhdid edə biləcəyi bildirilib.
Hesabatda qeyd edilib ki, tədqiqatın nəticələri nüvə və tibbi ekspertlər, həmçinin Birləşmiş Millətlər Təşkilatı (BMT) və Cənubi Koreya hökumətindən olan kəşfiyyat mənbələrinə əsaslanıb.
İnsan haqları qrupunun rəhbəri və tədqiqatçı Hubert Young-hwan Lee, araşdırmanın nəticələrinin əhəmiyyətinə toxunaraq, “Bu hesabat mühümdür, çünki Şimali Koreyanın nüvə sınaqlarının insanların həyat və sağlamlıq hüquqlarını təhdid edə biləcəyini göstərir. təkcə Şimali Koreya xalqı deyil, həm də Cənubi Koreya və digər qonşu ölkələrdəki insanlar üçün vacibdir” ifadələrdən istifadə edib.
Nüvə sınaqları dünyanın bir çox yerlərində insanların və gələcək nəsillərin sağlamlığını və həyat keyfiyyətini təhdid edir.