“Yeni klip çəkdirəcəyəm. Dünyasını dəyişən dostum, rejissor Anar Hüseynova həsr edəcəyəm. Klipin sonu onun yazdığı ssenari ilə bitəcək”.
Medianews.az yenilik.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Lətifə Soyuöz “Sözbaz” verilişində deyib. İfaçı ona ünvanlanan “Deyirlər, şou-biznesin ən varlı xanımısınız. Özünüzü varlı qadın hesab edirsiniz” sualına belə cavab verib:
“Çox şükür, kim üçünsə azdır, kim üçünsə çoxdur. Deyirlər, Lətifənin 3-4 maşını var. Başqasının qarajında 50 avtomobili var. Qəlbən, ailə baxımından varlıyam. Ona görə də düşünürəm ki, varlı xanımam. Daxilən zəngin olmalısınız. Zahirən zəngin olan insanların içi kasıbdırsa, görünmür. Nə brend geyinsən də zəngin görünməyəcəksən. İnsanlardakı sevinci görəndə kədərlənmirəm, sevinirəm. Daxilin zəngindirsə, Allah sənə hər şey verəcək”.