İspaniya La Liqasının 22-ci turu çərçivəsində keçirilən “Osasuna” – “Real Madrid” matçı başlamazdan əvvəl bir dəqiqəlik sükut elan edilib.
Fanat.Az “Marca”ya istinadən xəbər verir ki, Türkiyə və Suriyada baş verən zəlzələ qurbanlarının xatirəsi yad edilərkən, bir azarkeş qonaq komandanın hücumçusu Vinisius Junioru təhqir edib.
Sükutu qışqırıq səsi ilə pozan fanat Vinisiusa “fahişənin oğlu” deyib. Azarkeşlərdən bəziləri duruma gülüşlə reaksiya verib, əksəriyyət isə onun hərəkətini qınaqla qarşılayıb.