Zəlzələ qurbanlarının Çin axtarış-xilasetmə qrupu ilə vidalaşdığı anlarda duyğulu anlar yaşanıb. Zəlzələ qurbanları və ağlayan Çinlilərin bu anları sosial mediada gündəm olub.
Medianews.az xəbər verir ki, Çindən gələn axtarış-xilasetmə qrupu Türkiyədə zəlzələdən zərər çəkmiş vilayətlərdə dağıntılar altındakı axtarış-xilasetmə əməliyyatlarında üzərinə düşən vəzifəni yerinə yetirib.
Çin komandası vəzifələrini yerinə yetirdikdən sonra ölkələrinə qayıtmaq üçün yola çıxıb. Vətəndaşlarla vidalaşan komandanın emosional anlar kameraya əks olunub.
Zəlzələdən sağ çıxanlar baş əyərək Çin komandalarına minnətdarlıqlarını bildirərkən, komandaların cavabı əllərini ürəklərinə aparmaq olub.