Tənəffüs yolları xəstəliklərinə səbəb olduğu bilinən adenoviruslar gözlərdə ciddi infeksiyalara da səbəb ola bilər.
Türk mütəxəssis Nigar Yılmaz qeyd edib ki, son vaxtlar adenovirusla əlaqəli göz iltihabı xəstəliyində ciddi artım olub. Bəzən həftələrlə davam edən və hətta görmə itkisinə səbəb ola bilən adenovirus infeksiyası xüsusilə sıx mühitlərdə sürətlə ötürülür və yayılır:
“Göz içi qızartıları göz damarlarının genişlənərək verdiyi reaksiya nəticəsində ortaya çıxır. Bu cür problemlər sadə bir dərman müalicəsi ilə aradan qalxa bilər. Adətən ciddiyə alınmayan və “bu gün keçər, sabah keçər” deyə ertələnən göz qızartısı çox zaman bəsit göz reaksiyaları səbəbi ilə yaransa da, bəzən keratit (kornea toxuması iltihabı), kongenital qlaukoma kimi önəmli göz problemlerinin əlaməti ola bilər. Bu xəstəlik ailə üzvləri arasında, xüsusilə də yaxın təmasda, gigiyenaya diqqət etməmə və əl-göz təması ilə sürətlə yayıla bilir. Uşaq bağçası kimi kiçik yaş qruplarında təmasın qarşısının alınmasının daha çətin olduğu üçün burada risk daha yüksəkdir.
Kirpiklərdə şiddətli axıntı və gözdə əhəmiyyətli qan tökülmələri səbəbiylə səhər gözləri aça bilməmək kimi narahatedici əlamətlərlə müşayiət olunan adenovirus infeksiyalarının təsirli bir müalicə üsulu olmadığı açıqlansa da, simptomları geriləmək üçün müalicələr tətbiq oluna bilər.
Biz indi Koviddən də virus infeksiyalarını öyrəndik. Viral vəziyyətlər, infeksiyalar üçün dəqiq bir müalicə yoxdur. Bununla belə, simptomları yaxşılaşdırmağa yönəlmiş müalicəni tətbiq edə bilərsiniz”.
Medianews.az