Çin və İran Əfqanıstandakı müvəqqəti Taliban hökumətini qadınların işinə və təhsilinə qoyulan məhdudiyyətlərə son qoymağa çağırıb.
Medianews.az “Global Times” qəzetinə istinadla xəbər verir ki, İran prezidenti İbrahim Rəisi və Çin Dövlət Başçısı Şi Cinpinlə görüşündən sonra birgə bəyanat verilib.
Regional və beynəlxalq məsələlərin, eləcə də siyasət, təhlükəsizlik və müdafiə, iqtisadi inkişaf, təhsil və mədəniyyətin müzakirə edildiyi bəyanatda Çin-İran tərəfdaşlığının “sabit şəkildə” irəlilədiyi və geosiyasi qeyri-müəyyənliklərə davamlı olduğu bildirilib.
Bəyanatda Çin və İranın qlobal təhlükəsizlik və enerji nəqli üçün Fars körfəzində sülh və sabitliyin vacibliyi vurğulanaraq, ikitərəfli əlaqələri gücləndirmək və müxtəlif sahələrdə hərtərəfli əməkdaşlığı təşviq etməkdə qərarlı olduqları bildirilib.
Eyni zamanda Çin və İranın terrorizmlə mübarizə sahəsində əməkdaşlığı daha da gücləndirmək barədə razılığa gəldiyi, iki ölkənin müdafiə qurumları arasında strateji əlaqəni gücləndirmək, ordular arasında bütün səviyyələrdə əməkdaşlıq etmək və şəxsi heyətin miqyasını genişləndirmək barədə razılığa gəldiyi qeyd edilib. Birgə bəyanatda iqtisadi əməkdaşlıqla bağlı ticarət, kənd təsərrüfatı, sənaye, bərpa olunan enerji və infrastruktur məsələləri də müzakirə edilib.
Bəyanatda həmçinin İranın Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzvlüyünün regional və beynəlxalq sülh, təhlükəsizlik, sabitlik və inkişafa töhfə verəcəyinə, İranın Çinin BRICS (Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrikadan ibarətdir) qrupu isə) diqqətə çatdırılıb. üzvlüyünü genişləndirmək təşəbbüsünü alqışlayıb.
Bəyanatda həmçinin 2021-ci ilin avqustunda Əfqanıstanda hakimiyyətə gəldikdən sonra Talibanın qadın və qızların təhsildə və məşğulluqda görünməsinə məhdudiyyətlər qoyduğu vurğulanıb:
“Tərəflər Əfqanıstan hökmdarlarını bütün etnik və siyasi qrupların səmərəli iştirak etdiyi inklüziv hökumət yaratmağa və qadınlara, etnik azlıqlara və digər dinlərə qarşı bütün ayrı-seçkilik tətbiqlərinə son qoymağa çağırıb”.
Bəyanatda ABŞ və NATO müttəfiqlərinin “Əfqanıstandakı mövcud vəziyyətə görə məsuliyyət daşıdığı” qeyd edilib.
Medianews.az