ABŞ və Ərəb Dövlətləri Əməkdaşlıq Şurasının üzvü olan ölkələr İranın sabitliyi pozan fəaliyyətlərinin qarşısını almaq imkanlarını artırmaq üçün müdafiə sahəsində əməkdaşlıq və əməliyyat koordinasiyasını genişləndirmək barədə razılığa gəliblər.
Cebhe.info xəbər verir ki, bu barədə təhlükəsizlik danışıqlarının yekunlarına dair birgə bəyanatda deyilir.
Sənədi imzalayan dövlətlər “İran tərəfindən silahların yayılmasını, tədarükünü region və dünya üçün təhlükəsizliyə ciddi təhdid” adlandırıblar. Sənəddə Tehran dərhal öz siyasətini dəyişməyə və MAQATE ilə vicdanlı əməkdaşlığa” çağırılır.
Bəyanatda həmçinin, dünya ictimaiyyəti BMT Təhlükəsizlik Şurasının İrana silah ötürülməsini qadağan edən qətnaməsinə əməl etməyə çağırış yer alıb.