“Bu günə qədər zəlzələ bölgəsinə TIR-ların və təyyarələrin vasitəsilə 5 624 çadır çatdırılıb”
Medianews.az xəbər verir ki, bu sözləri Türkiyənin ölkəmizdə olan səfiri Cahit Bağcı az öncə keçirilən birifinqə jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, göndərilən hər bir yardım önəmlidir:
“Göndərilən çadırların bir qismi qismi 30 nəfərlikdir. Bundan əlavə, 401 ton tibbi ləvazimatlar, 1200-dən çox genarator , 6240 ədəd qızıdırıcı, həmçinin, 737 ton qida məhsulları da göndərilib. Yardım aksiyasında toplanan hər bir corab da, papaq da önəmlidir”.