“Bir il pulsuz yemək xidməti göstərilməlidir”
Türkiyənin Daxili İşlər Naziri Süleyman Soylu zəlzələ ilə bağlı yeni açıqlamalar verib.
Medianews.az xəbər verir ki, Süleyman Soylu ndiyədək Kahramanmaraşa 1113 TIR-ın gəldiyini bildirib.
Zəlzələ bölgəsində yemək hazırlanmasında istifadə olunacaq qida materiallarına ehtiyac olduğunu bildirən Soylu, “Bu əməliyyat uzunmüddətli prosesdir. Prezidentimiz evlərin bir ildən sonra veriləcəyini dəfələrlə ictimaiyyətə bəyan edib. Bu o deməkdir ki, burada ən azı bir il pulsuz yemək xidməti göstərilməlidir. Bir il. Biz burada camaata əziyyət verməməliyik”,-deyə qeyd edib.
Medianews.az