Zəlzələnin ilk günündə çəkilən ürəksızladan görüntü gündəmə çevrilib.
Medianews.az xəbər verir ki, dağıntılar altında qalan 5 nəfərlik ailə mobil telefonla video çəkərək halallıq istəyib.
“Borcum var” deyib ağlayan qadın bu anları sosial media hesabında paylaşıb.
Qeyd edək ki, görüntülər yayılandan sonra axtarış və xilasetmə qrupu işə düşüb. Ailə 9 saat sonra dağıntılar altından sağ çıxarılıb.
Həmin görüntüləri təqdim edirik:
Aytac Şahin
Medianews.az