Azərbaycan Türkiyə üçün səfərbər olub. Azərbaycanın vitse-prezidenti Mehriban Əliyevanın göstərişi ilə humanitar yardım aparan ilk təyyarə Qaziantepə çatıb.
Medianews.az bildirir ki, Azərbaycan Prezidentinin birinci müavini Mehriban Əliyeva Türkiyəyə humanitar yardımın sürətlə çatdırılması ilə bağlı tapşırıqlar verib. Heydər Əliyev Fondunun şəxsi təyyarəsi Bakıdan havaya qalxaraq Qaziantep hava limanına enib.
Yardım təyyarəsində baş verənlərlə bağlı News Global Intelligence rəhbəri Mücahit Topçu, “Bunların əksəriyyəti qızdırıcılar, dərmanlar və qış paltarlarıdır. Bu qutular dərman qutularıdır. Tibbi ləvazimat, maska… Qış ləvazimatları da var” məlumatnı çatdırıb.