ÜST-nin Avropa Regional Direktoru Dr. Hans Kluge dünən ÜST “Fövqəladə vəziyyət” elan etdiklərini açıqladı.
ÜST-nin 3- cü səviyyəli fövqəlada vəziyyəti ən yüksək fövqəladə hal kimi qiymətləndirilir və ÜST-nin bütün agentlik aktivlərinin səfərbər edilməsinə aiddir.
ÜST-nin Avropa direktoru Dr. Kluge dünən keçirilən ÜST İdarə Heyətinə Türkiyə və Suriyada baş verən zəlzələ ilə bağlı məlumatlandırıcı təqdimatın edildiyini vurğulayaraq, 3-cü dərəcəli fövqəladə vəziyyət elan edildiyini bildirib.
Dr. Kluge verdiyi açıqlamada, “Öz həyatları təhlükə altında olanda cavab verən ilk müdaxilə edənləri, o cümlədən Qaziantepdəki sahə ofisimizdə olan ÜST əməkdaşlarını təqdir edirəm və qiymətləndirirəm” dedi.
ÜST Avropa qruplarının Qaziantep, Anlara və İstanbulda fəaliyyət göstərdiyini qeyd edən Kluge:
” həyatları xilas etmək üçün əlamətdar cavab əməliyyatı başlatan Türkiyə səlahiyyətlilərini tərifləyirəm. Üzv dövlətlərə böyük həmrəyliklərinə görə təşəkkür edirəm. Beynəlxalq ictimaiyyəti dəstəyini artırmağa və Türkiyə hökuməti və ÜST ilə tam koordinasiyanı təmin etməyə davam etməyə dəvət edirəm”- deyə bildirib.
Medianews.az