Hatayın Antakya rayonunda zəlzələ nəticəsində dağılan binada belindən aşağı dağıntılar altında qalan 7-8 yaşlı uşaq xilas olunmağı gözləyir. Suriyalı olduğu və valideynlərinin də dağıntılar altında olduğu bildirilən uşaq yaşadığı şokdan danışa bilmir.
Medianews.az xəbər verir ki, Kahramanmaraşda 2 böyük zəlzələnin vurduğu Hatayda şəhər mərkəzində və Kırıkhan və İskenderun rayonlarında təxminən 1200 bina dağılıb. Antakyanın mərkəz rayonunda, 40-50 illik tikililərin yerləşdiyi Cebrail Məhəlləsində bütün evlər demək olar ki, tamamilə uçub, çox sayda insan dağıntılar altında qalıb.
Bədəni belindən aşağı dağıntılar altında qalan 7-8 yaşlı suriyalı uşaq üçün vətəndaşlar səfərbər olub. Ana və atasının da dağıntılar altında qaldığı deyilən uşaq yaşadığı şokdan danışa bilməyib
Beton blokun altında qalan uşağı bütün səylərə baxmayaraq xilas etmək mümkün olmayıb. Bunun üzərinə vətəndaşlar uşağı gecələr üşüməsin deyə yorğan-döşəyə büküb, başına beret taxıb, susuz olanda içmək üçün yanında plastik butulka su qoyublar.
Medianews.az