Rusiya Ukrayna müharibəsi ərəfəsində Ukraynadan Azərbaycana qaçqınlar gətirildi.
Bəs görəsən onların sayı nə qədərdir? Ukraynadan gətirilən qaçqınların sığınacaqlarda qalması nəçə il müddətində nəzərdə tutulub? Ümumiyyətlə həmin qaçqınların sonrakı aqibəti necə olacaq?
Medianews.az -ın sorğusuna cavab olaraq Dövlət Miqrasiya xidmətindən bildirildi ki, hazırda ölkə ərazisində 6890 nəfər Ukrayna vətəndaşı müxtəlif statuslarla yaşamaqdadır:
“Bildiririk ki, ötən il Ukraynada olan və yaşayan Azərbaycan Respublikası vətəndaşları və onların Ukrayna vətəndaşı olan ailə üzvləri ölkəmizin aidiyyəti dövlət orqanlarının koordinasiyalı fəaliyyəti nəticəsində Azərbaycan Respublikasına təxliyyə edilmişdir. Təxliyyəsi həyata keçirilmiş, həmçinin ölkəmizdə həssas vəziyyətdə olan Ukrayna vətəndaşlarının təhsil, səhiyyə və sosial ehtiyacları öyrənilmiş, aidiyyəti dövlət orqanları və beynəlxalq tərəfdaşların icra etdikləri dəstək proqramlarından istifadə etmələri üçün müvafiq tədbirlər görülmüşdür.
Qeyd edilməlidir ki, Ukrayna vətəndaşlarının bir qismi sonradan Azərbaycan Respublikasının ərazisini tərk etmişlər. Hazırda ölkə ərazisində 6890 nəfər Ukrayna vətəndaşı müxtəlif statuslarla yaşamaqdadır”.
Mehin Mehmanqızı
Medianews.az