Türkiyənin Kastamonu şəhərində dəfn avtobusunun aşması faciəyə səbəb olub.
Medianews.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, sürücünün sükan arxasında idarəetməni itirməsi nəticəsində avtobus aşıb. Nəticədə, 18 nəfər xəsarət alıb.
Verilən məlumata görə yaralılardan ikisinin vəziyyəti ağır olaraq qalır.
Əraziyə xilasedici qrup cəlb edilib. Hadisə yerinə çağırılan kranın köməyi ilə avtobus olduğu yerdən çıxarılıb. Avtobusda olan şəxsin nəşi, avtobusdan çıxarılaraq dəfn maşını vasitəsi ilə aparılıb.
Faktla bağlı araşdırılma davam edir.
Mehin Mehmanqızı
Medianews.az