Türkiyənin Pendik vilayətində şadlıq sarayında balaca uşaqlar arasında düşənən davaya ailələr qarışıb.
Medianews.az xəbər verir ki, oğlan və qız tərəfinin bir-birinə girdiyi və uzun müddət davam edən davada 9 nəfər xəsarət alıb.
Polis qrupları araya girərək davanı bitirib. Yaralılardan bəziləri xəstəxanaya aparılarkən, yüngül yaralılara isə hadisə yerindəki təcili yardım işçiləri tərəfindən tibbi yardım göstərilib.
Şadlıq sarayının içərisində və girişində baş verənlər mobil telefonun kamerasına əks olunub.
Medianews.az