İngiltərənin baş naziri Boris Conson etdiyi paylaşımla hər kəsi şoka salıb.
Medianews.az xəbər verir ki, baş nazirin fevralın əvvəlində Rusiya Prezidenti Vladimir Putinlə olan yazışmasını paylaşması rezonans doğrub.
Belə ki, ölkə mətbuatına açıqlama verən baş nazir Boris Conson Putinə məsələnin həllinin işğal olmadığını başa salmaq istəsə də, əvəzində ondan qeyri-adi cavab aldığını bildirib:
“Söhbətimizdən sonra Putin məni hədələdi. “Səni incitmək istəmirəm, amma bilirsən ki, ballistik raketlə 1 dəqiqəyə səni öldürə bilərəm” dedi. Bunu da şən bir şəkildə dedi. Düşünürəm ki, onun şən olmasının səbəbi onu razı salmağa çalışmağım olub”.
Digər tərəfdən, işğalın başladığı gün Ukrayna prezidenti Vladimir Zelenskidən telefon zəngi aldığını və son vəziyyətlə bağlı danışdıqlarını mətbuatla bölüşən Boris, onu təhlükəsiz yerə aparmağı təklif etsə də, Zelenskinin bu təklifini rədd etdiyini də açıqlayıb.
Aytac Şahin