Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi Milli Məclisin İnzibati Xətallar Məcəlləsində etdiyi dəyişikliklərə əsasən, Azərbaycanda qeydiyyatının aparılmasından yayınmaq məqsədilə onun İMEİ nömrəsinin dəyişdirilməsi və yaxud surətinin köçürülməsinə fiziki şəxslər 300-400 manat, vəzifəli şəxslər 1 000 – 1500 manat hüquqi şəxslər isə 3 000 – 4000 manat məbləğdə cərimə ediləcək.
Medianews.az xəbər verir ki, Məcəllənin 368-1.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə isə fiziki şəxslər 600 – 800 manat, vəzifəli şəxslər 2 000 – 2 500 manat, hüquqi şəxslər isə 9 000 – 12 000 manat cərim ödəyəcək.