Bazar ertəsi, 29 May 2023
  • Əlaqə
  • Haqqımızda
  • RU
  • EN
Medianews
Advertisement
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
Medianews

Azərbaycanda ölümcül yağlar SATILIR? – RƏSMİ AÇIQLAMA

TURAN
26/01/2023 13:03
154
BAXIŞ
FacebookTwitterTelegram

Azərbaycan trans yağların istehlakına qarşı heç bir tədbir görülmədiyi ən “təhlükəli” doqquz ölkə sırasındadır.

BAKU.WS xəbər verir ki, bununla bağlı Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.

Hesabata görə, trans yağların birbaşa səbəb olduğu ürək-damar xəstəliklərindən ən çox ölüm hallarının qeydə alındığı on altı ölkədən doqquzunda bu təhlükəyə nəzarət yoxdur. Onların arasında Azərbaycan, Avstraliya, Butan, Ekvador, Misir, İran, Nepal və Cənubi Koreya da var.

Məsələnin ciddiliyini və əhalinin narahatlığını nəzərə alaraq Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) müraciət etdik. Qurumdan həqiqətən Azərbaycanda belə bir durumun yaşanıb-yaşanmamasını dəqiqləşdirdik. Agentlikdən BAKU.WS-in sorğusuna cavab olaraq bildirildi ki, ÜST-ün hesabatında 133 ölkə trans yağ turşularının aradan qaldırılması istiqamətində gördükləri tədbirlərin növünə görə 4 səviyyə üzrə qruplaşdırılıb:

“Azərbaycan Respublikası hesabatda trans yağ turşularının aradan qaldırılması üçün strateji sənədlərdə üzərinə götürdüyü öhdəliklərin və digər tamamlayıcı tədbirlərin icrası baxımından 2-ci səviyyədə qərarlaşıb. Sənəddə əksini tapan başqa bir indikator isə ürək damar xəstəliklərindən baş verən ölüm hadisələrində məhz trans yağ turşularının payı ilə bağlıdır.

Hesabatdakı göstərici ölkədə trans yağ turşularının istehlakı səbəbindən baş verən ölüm hadisələrinin ümumi sayını deyil, əksinə ürək-damar xəstəlikləri ilə əlaqədar yaranan ölüm hadisələrinin neçə faizinin trans yağ turşuları səbəbindən baş verdiyini göstərir. Hesabatdan görünür ki, bu göstərici dünyanın sosial-iqtisadi baxımdan ən geridə qalmış hesab edilən bir çox ölkəsində daha aşağı, Amerika Birləşmiş Ştatları və Latviyada Azərbaycan üzrə göstəricidən daha yüksək, Kanadada isə demək olar ki, eyni səviyyədədir. Nəticə olaraq, bu, hər hansı formada ölkənin statusu ilə bağlı mənfi və yaxud müsbət fikrin yaranmasına əsas verməyən, sadəcə olaraq trans yağ turşuları ilə bağlı olan ölüm sayının ürək damar xəstəlikləri arasında payını faizlə ifadə edən bir göstəricidir.

Qeyd edək ki, bu təxmini hesablamalar müəyyən dövriliklə yayımlanır və xəstəliklərin qlobal yükü deyilən, dünyada səhiyyənin ümumi vəziyyətini təsvir və təxmin etməyə imkan verən məlumat bazaları əsasında hazırlanır. Sonuncu hesabat 2019-cu ildə yayımlanıb və bəhs edilən bütün göstəricilər həmin ilə aiddir. Elə həmin ildə AQTA ölkədə trans yağ turşularına dair vəziyyəti qiymətləndirmək üçün monitorinq həyata keçirib. Nəticələrə uyğun olaraq, sahibkarlıq subyektlərinə ölkəmizdə trans yağ turşularının miqdarının 2 faiz həddində müəyyənləşdiriləcəyi, həmçinin onların istehsal və ya idxal etdikləri məhsulların bu tələblərə uyğunlaşdırılması ilə bağlı xəbərdarlıq edilib. 2021-ci ildə isə yağlarda trans yağ turşularının tənzimlənməsi ilə bağlı texniki normativ hüquqi akt layihəsi ictimai müzakirəyə buraxılıb.

2022-ci ildə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu tərəfindən “Qida məhsullarında trans yağ turşularına dair risk qiymətləndirilməsi” həyata keçirilib. Aparılan ilk monitorinqdən sonra vəziyyətin qiymətləndirilməsi ilə bağlı mütəmadi nəzarət tədbirlərinə əlavə olaraq, 20-23 dekabr 2022-ci il tarixlərində keçirilən son monitorinq çərçivəsində ölkəyə idxal edilən və yerli istehsal məhsullarından ümumilikdə 53 nümunə götürülüb və nümunələrin heç birində trans yağ turşularının miqdarı ilə bağlı uyğunsuzluq aşkar edilməyib.

Həmçinin yaxılabilən yağlarda və qatı yağlarda trans yağ turşularının miqdarının tənzimlənməsi məqsədilə daha öncədən “Lisenziyalar və icazələr portalına” yerləşdirilmiş “Yaxılabilən yağlarda və qatı yağlarda trans yağ turşularının tənzimlənməsinə dair sanitariya norma və qaydası” adlı sənəd layihəsi aidiyyəti dövlət qurumları ilə razılaşdırılıb. Eyni zamanda bununla bağlı yağ istehsalçıları və idxalçıları ilə görüş keçirilib. Sənədin yaxın vaxtlarda rəsmiləşdirilməsi nəzərdə tutulub. Rəsmiləşmədən sonra Azərbaycanın artıq 2-ci səviyyə üzrə tədbir görən ölkələr sırasından 3-cü səviyyəyə yüksəlməsi gözlənilir”.

DAHA ÇOX OXU

Flash

Sılanın Bakıdakı konsertindən FOTOREPORTAJ

29/05/2023 23:29
1-MANŞET

Paşinyanı müşayiət edən xeyli sayda polisə ayrılan vəsait gizli saxlanılır

29/05/2023 23:16
1-MANŞET

Mehriban Əliyevaya Fəxri Qara kəmər təqdim edildi – FOTOLAR

29/05/2023 23:06
Dünya

Putin və Ərdoğan telefonla danışıb

29/05/2023 22:25
1-MANŞET

Qadınlar kimdənsə xoşu gəldiyini necə büruzə verir? – Psixoloq SİRLƏRİ AÇIQLADI

29/05/2023 22:07
Flash

Taekvondo üzrə dünya çempionatında ilk gün başa çatıb

29/05/2023 22:00
SON XƏBƏR

DİM Röya və Seymurla bağlı müzakirələrə cavab verdi

Uzun ömrün sirri açıldı !

Hacı Mövsümə görə dini məclis keçirdi - Həbs edildi

Xəbər lenti

Sılanın Bakıdakı konsertindən FOTOREPORTAJ

29/05/2023 23:29

Paşinyanı müşayiət edən xeyli sayda polisə ayrılan vəsait gizli saxlanılır

29/05/2023 23:16

Mehriban Əliyevaya Fəxri Qara kəmər təqdim edildi – FOTOLAR

29/05/2023 23:06

Putin və Ərdoğan telefonla danışıb

29/05/2023 22:25

Qadınlar kimdənsə xoşu gəldiyini necə büruzə verir? – Psixoloq SİRLƏRİ AÇIQLADI

29/05/2023 22:07

Taekvondo üzrə dünya çempionatında ilk gün başa çatıb

29/05/2023 22:00

Elman Nəsirov: “Ay “klaviatura qəhrəmanları”, qoyunları özüm yemək üçün kəsmirəm”

29/05/2023 21:55

Ukraynadan İrana 50 illik sanksiya

29/05/2023 21:41

Laçın şəhərinin möhtəşəm gecə görüntüsü – VİDEO

29/05/2023 21:28

Türkiyədə həbs edilən azərbaycanlı repçi azadlığa çıxdı – VİDEO

29/05/2023 21:14

Oktay Kaynarca zəhərləndi

29/05/2023 21:05

“İstəmirəm qızım məşhur olsun”

29/05/2023 21:03

Manekenin üzərindəki paltarı oğurlayan şəxs kameralara yaxalandı – VİDEO

29/05/2023 20:13

Türkiyədə baş verən dəhşətli zəlzələnin YENİ GÖRÜNTÜLƏRİ ortaya çıxdı – VİDEO

29/05/2023 20:05

Düşmənçilik etdiyi şəxsi küçənin ortasında belə güllələdi – ANBAAN VİDEO

29/05/2023 19:50

Gənc müəllimə olan sevgilisini öldürdü, özü isə intihar etdi – TƏFƏRRÜAT

29/05/2023 19:37

SON DƏQİQƏ: Elxan Qasımov vəfat etdi

29/05/2023 19:26

16 yaşlı sevgilisini dəfələrlə bıçaqladı, başını daşla əzdi – DƏHŞƏTLİ QƏTL

29/05/2023 19:25

DƏHŞƏT: Köpək balığı qayıqçını parçaladı

29/05/2023 19:12

Ukraynadan İranla bağlı 50 illik sanksiya qərarı

29/05/2023 18:58

Sərvər Ərdoğanın seçilməsi münasibətilə qurban kəsdi — FOTO

29/05/2023 18:38

Avtobusa minən bu şəxslər PUL ALACAQLAR — VİDEO

29/05/2023 18:18

Bakıda qan donduran OLAY: Oğul atasını döydü, qardaşı isə lentə aldı — VİDEO

29/05/2023 17:48

Xəbər az öncə gəldi: Əhaliyə qəti xəbərdarlıq edildi – Soyuqlar başlayır

29/05/2023 17:28

Daha çox
Medianews

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.

Hər zaman sizinlə Medianews.az ailəsi.

Bizi sosial şəbəkələrdə izləyin!

  • RU
  • EN
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
No Result
View All Result

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq. Hər zaman sizinlə Medianews.az ailəsi.