Fransanın Fren şəhərində yerləşən qaçqın düşərgəsində yanğın baş verib.
Medianews.az xəbər verir ki, Fransanın BFMTV telekanalının xəbərinə görə, qeyri-qanuni miqrantların qaldığı düşərgədə yanğın anidən baş verib.
Əraziyə gələn 100-ə yaxın xilasedicinin müdaxiləsi ilə yanğın nəzarət altına alınıb.
Fresnes şəhərindəki düşərgədə qalan 150 qeyri-qanuni miqrant yanğınla əlaqədar təxliyyə edilib.
Yanğınla bağlı araşdırmalara başlanılıb.
Mehin Mehmanqızı
Medianews.az