Bazar, 5 Fevral 2023
  • Əlaqə
  • Haqqımızda
  • RU
  • EN
Medianews
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
Medianews

Təhsil ekspertindən SƏRT REAKSİYA: “Bu müqəddəs adı daşıyanlar öz vəzifələrindən beziblər”

XƏYALƏ
24/01/2023 12:29
172
BAXIŞ
FacebookTwitterTelegram

Son dövrlər orta təhsil müəssisələrində yaşanan xoşagəlməz hadisələr gündəmə daha çox yansıyır. Artıq şagirdlərin telefonun kamerasına çəkib, sosial şəbəkələrə sızdırdığı videolar adi hal almağa başlayıb. Elə buna bənzər bir hadisə keçən gün 59 nömrəli tam orta məktəbdə yaşanmış və hər kəsin dilinə düşmüşdü.
Belə ki, yayılan videoda şagirdlər üzərində idarəetməni itirən bir qadın müəllimin hövsələdən çıxaraq onlara kobud və qəddarcasına davrandığı görünürdü.
Sözügedən mövzuya münasibət bildirən təhsil eksperti Kamran Əsədov Medianews.az-a açıqlamasında bildirdi ki, bütün bu mənfi hadisələrin səbəbi müvafiq qurumla bağlıdır:

“İlk növbədə qeyd edim ki, hazırda Azərbaycanın 4432 orta ümumtəhsil məktəbində 150 min müəllim fəaliyyət göstərir və həmin müəllimlər öz həyat və sağlamlıqlarını gənclərimizin gələcəyi naminə fəda edirlər. Lakin çox təəssüflər olsun ki, son illər ərzində Elm və Təhsil Nazirliyi məqsədyönlü şəkildə müəllimlərin nüfuzunun aşağı səviyyəyə enib, gözdən düşməsinə çalışır. Bu gün məktəblərdə baş verən bütün neqativ halların günahkarı həmin qurumdur. Bu qurum artıq öz istəyinə nail olub. Son zamanlarda müəllimləri savadsız olaraq göstərmək də müqəddəs peşə sahiblərinin nüfuzunun itməsini sürətləndirən səbəblərdəndir. Əgər bu gün müəllim cəmiyyət qarşısında aşağılanırsa, təbii ki, şagirdlərin də ona hörməti azalır. Bunun nəticəsidir ki, artıq uşaqlar dərslərdə nizam-intizam qaydalarına əməl etmir və məktəbdə, sinif otağında istədikləri kimi davranırlar. Çünki bilirlər ki, bütün hallarda cəzalandırılan və töhmət alan müəllim olur. Hazırda ölkəmizdə təhsil alan 1,6 milyon şagird görür ki, Elm vəTəhsil Nazirliyi öz müəllimlərinin arxasında deyil, onlara heç bir halda dəstək göstərmir. Bütün bunlar təhsilimizdə bir sıra uğursuzluqlara yol açır. Ulu öndər Heydər Əliyev deyirdi ki, mən dünyada müəllimdən yüksək ad tanımıram. Ancaq çox təəssüflər olsun ki, bu gün ölkəmizdə müəllimlərimiz bu qayğını Elm və Təhsil Nazirliyi tərəfindən görə bilmirlər. Sözügedən qurumda fəaliyyət göstərən insanların heç biri bir gün belə orta məktəbdə müəllim olaraq çalışmayıb. Bu səbəbdən də həmin şəxslər müəllimin çəkdiyi əziyyəti təxmin edə və dərdinə şərik ola bilmirlər. Qarşımıza çıxan görüntülər və şahidi olduğumuz hallar artıq onu göstərir ki, bu müqəddəs adı daşıyanlar daha öz vəzifələrindən beziblər”.

Ekspert həmçinin əlavə edib ki, bütün bunlar məktəblərdə tədris səviyyəsinin nə qədər aşağı səviyyədə olduğunun da isbatıdır və bu gün orta təhsil ocaqlarında baş verən hallar heç də xoşa gələn məqam deyil.

Aytac Şahin

Medianews.az

DAHA ÇOX OXU

1-MANŞET

Pensiya alanlara ŞAD XƏBƏR – Norveç təcrübəsindən istifadə olunacaq – Video

05/02/2023 11:39
Cəmiyyət

Pərviz Müşərrəf vəfat etdi

05/02/2023 11:04
Cəmiyyət

Laçında tikiləcək turizm mərkəzi belə olacaq – FOTO

05/02/2023 11:00
1-MANŞET

Çayın zərərindən xəbəriniz var?

05/02/2023 10:40
Dünya

Pakistan “Vikipediya”nı qadağan etdi

05/02/2023 10:20
Dünya

Çilidə meşə yanğınlarında həyatını itirənlərin sayı 22-yə çatıb

05/02/2023 10:00
SON XƏBƏR

Naxçıvanda bu qurumda da yoxlama başladı

Bu dəfə sistem ipotekaya görə çökdü

İsveçdə Qurani-Kərimin yandırılması Nyu Yorkda etirazla qarşılanıb

Xəbər lenti

Pensiya alanlara ŞAD XƏBƏR – Norveç təcrübəsindən istifadə olunacaq – Video

05/02/2023 11:39

Şimali Osetiya rəhbəri Ukraynada güllələndi

05/02/2023 11:15

Pərviz Müşərrəf vəfat etdi

05/02/2023 11:04

Laçında tikiləcək turizm mərkəzi belə olacaq – FOTO

05/02/2023 11:00

Çayın zərərindən xəbəriniz var?

05/02/2023 10:40

Pakistan “Vikipediya”nı qadağan etdi

05/02/2023 10:20

Çilidə meşə yanğınlarında həyatını itirənlərin sayı 22-yə çatıb

05/02/2023 10:00

Din xadimlərinə haqsızlığa qarşı səs qaldırmaq tapşırıldı

05/02/2023 09:40

Hər gün bir stəkan içsəniz…

05/02/2023 09:20

Azərbaycan şirkəti İnternet qiymətlərini yenilədi

05/02/2023 09:00

ABŞ prezidenti Bayden: “Biz bununla məşğul olacağıq”

05/02/2023 08:50

“Hamıya fikir versək, çürüyüb ölərik” – Səidə Sultan

05/02/2023 02:58

Rəhman Rəhmanov ikinci həyat yoldaşından da boşandı

05/02/2023 02:38

Manaf Tünzalənin məzar daşı üçün pul göndərdi – Ülviyyədən şok sözlər

05/02/2023 02:19

Bakıdakı məşhur restoran şəbəkəsi fəaliyyətini dayandırdı

05/02/2023 02:02

Regional Təhsil İdarəsinin əməkdaşı yol qəzasında öldü -FOTO

05/02/2023 01:43

Bakıda qadına qarşı əxlaqsızlıq edən taksi sürücüsü saxlanıldı

05/02/2023 01:27

Qusarda 94 yaşlı qadın özünü asaraq İNTİHAR ETDİ

05/02/2023 01:14

ABŞ Çinin hava şarını belə vurdu – ANBAAN VİDEO

05/02/2023 01:14

Azərbaycanlı gənc 145 min manatlıq təqaüdü necə alıb? – MÜSAHİBƏ

05/02/2023 00:50

Azərbaycanlı uşaqlar Londondakı məktəbdə görün nələr öyrənirlər? – VİDEO

05/02/2023 00:48

Fotoqraf saxlanıldı – Rəsmi açıqlama

05/02/2023 00:43

Güneyli aktyorlar Xoydakı uşaqlara dəstək olurlar – VİDEO

05/02/2023 00:40

Azərbaycan güləşçisi Xorvatiyada beynəlxalq turnirdə qızıl medal qazanıb – FOTO

05/02/2023 00:34

Daha çox
Medianews

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.

Hər zaman sizinlə Medianews.az ailəsi.

Bizi sosial şəbəkələrdə izləyin!

Xəbərlərə abunə olun

  • RU
  • EN
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
No Result
View All Result

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq. Hər zaman sizinlə Medianews.az ailəsi.