Kremlin sözçüsü Dmitriy Peskov Almaniyanın Ukraynaya Leopard tankları göndərəcəyi təqdirdə Almaniya ilə münasibətlərə mənfi təsir edəcəyini bildirib.
Medianews.az bildirir ki, Kremlin sözçüsü Dmitri Peskov Ukraynaya Leopard tanklarının göndərilməsi ilə bağlı yeni açıqlamalar verib.
Rusiya ilə Almaniya arasında münasibətlərin hazırda çox aşağı səviyyədə olduğunu bildirən Peskov, “Almaniya, digər Avropa Birliyi ölkələri və ya NATO ilə konkret danışıqlar yoxdur” deyib.
Peskov Almaniyanın Ukraynaya Leopard tankları göndərəcəyi təqdirdə Almaniya-Rusiya münasibətlərinə mənfi təsir göstərəcəyini və belə bir addımın iki ölkə arasında qalıcı iz qoyacağını bildirib.
NATO-nun baş katibi Yens Stoltenberq bu gün bildirib ki, Almaniya tezliklə Ukraynaya Leopard tanklarının göndərilməsinə razılıq verə bilər.