Tailandda magistral yolda baş verən yol qəzası nəticəsində 2-si uşaq olmaqla 11 nəfər ölüb.
Medianews.az xəbər verir ki, Yerli mətbuatın verdiyi məlumata görə, Mittraphap şossesində saatda 100 kilometr sürətlə hərəkət edən avtomobil mediaya çırpılıb.
Qəzadan sonra baş verən partlayış nəticəsində avtomobil yanıb, sürücü də daxil olmaqla içərisində olan 12 nəfərdən 11-i dünyasını dəyişib.
Yanğın yanğınsöndürənlər tərəfindən qısa müddətdə söndürülüb.
Mehin Mehmanqızı
Medianews.az