Avropa İttifaqı Şurasının rəhbəri Ukraynadakı münaqişə ilə bağlı həlledici iki-üç həftə elan edib.
Ukraynadakı münaqişə dönüş nöqtəsindədir və Avropa İttifaqının (Aİ) gələcəyi yaxın iki-üç həftənin nəticəsindən asılıdır.
Medianews.az xəbər verir ki, bu sözləri Mundo qəzetinə müsahibəsində Avropa Şurasının rəhbəri Şarl Mişel deyib.
O qeyd edib ki, 2023-cü ildə baş verənlər və bunun çoxu yaxın bir neçə həftədən asılıdır, gələcəyimizi müəyyən edəcək.
Mişel bildirib ki, Avropa İttifaqı çox qısa müddətdə bir sıra çox mühüm qərarlar qəbul etməli olacaq:
“Biz Ukraynanın tərəfində durmalı və onlara bütün lazımi dəstəyi verməliyik. Biz onları ruhdan sala bilmərik”- deyə bildirib.
Mehin Mehmanqızı
Medianews.az