Dövlət orqanlarında çalışan dövlət qulluqçusu olmayan işçilərin (qeydiyyatçı, nəzarətçi, təsərrüfat işçisi, xadimə, dalandar, bağban, gözətçi, ocaqçı, ixtisas dərəcəsi olmayan fəhlə və s.) aylıq vəzifə maaşları 2023-cü il yanvarın 1-dən aşağıdakı məbləğdə müəyyən edilib:
Sıra №-si |
Kateqoriyalar üzrə dövlət orqanları |
Aylıq vəzifə maaşının məbləği (manatla) |
1. | Ali kateqoriya dövlət orqanlarında | 400 |
2. | 1-ci kateqoriya dövlət orqanlarında | 385 |
3. | 2-ci və 3-cü kateqoriya dövlət orqanlarında | 365 |
4. | 4-cü və 5-ci kateqoriya dövlət orqanlarında | 345 |
Bu Qərarın 1-ci hissəsində qeyd olunan işçilərin mükafat- landırılması məqsədilə hər il növbəti il üçün təsdiq edilən dövlət büdcəsində onların çalışdıqları dövlət orqanlarında həmin işçilər üçün müəyyən olunmuş aylıq vəzifə maaşının 3 misli həcmində əlavə vəsait nəzərdə tutulur.
Bu Qərar 2023-cü il yanvarın 1-dən tətbiq edilir.