İfrat sağçı qrupdan olan siyasətçi Rasmus Paludan bu gün Türkiyənin bütün xəbərdarlıqlarına baxmayaraq, ölkənin İsveçin paytaxtı Stokholmdakı səfirliyi qarşısında hiddətə səbəb olacaq aksiya keçirib və Qurani-Kərim’i yandırıb.
Medianews.az Habertürk.com-a istinadən xəbər verir ki, Paludanın bu davranışı zamanı İsveç polisi ona qarşı heç bir qabaqlayıcı tədbir görməyib və aksiyaya müdaxilə etməyib.
Aksiya Türkiyənin Xarici İşlər Nazirliyi tərəfindən sərt reaksiya ilə qarşılanıb:
“Ölkəmizin bütün xəbərdarlıqlarına baxmayaraq, bu gün İsveçdə müqəddəs kitabımız Qurana qarşı edilən alçaq hücumu ən sərt şəkildə qınayırıq” – deyə nazirliyin bəyanatında deyilir.
Bəyanatda həmçinin, vurğulanıb ki, müsəlmanları hədəf alan və müqəddəs dəyərlərimizi təhqir edən bu anti-islam təxribatçı hərəkətə ifadə azadlığı adı altında icazə verildiyini heç bir şəkildə qəbul etmirik. Çünki bu, nifrət cinayətidir. Bu alçaq hərəkət həm də Avropada islamofobiya, irqçi və ayrı-seçkilik hərəkatlarının yüksək həddə çatdığını ifadə edir: “İsveç hakimiyyətini bu nifrət cinayətini törədənlərə qarşı lazımi tədbirlər görməyə və islamofobiyaya qarşı həmrəylik üçün konkret tədbirlər görməyə çağırırıq”-