Çinin Nyinçi şəhərində magistral tunelin çıxışında qar uçqunu faciəyə səbəb olub.
Medianews.az xəbər verir ki, təbii fəlakətdə ümumilikdə 28 nəfərin həyatını itirdiyi açıqlanıb.
4 gündür davam edən axtarış-xilasetmə işləri sona çatıb.
Axtarış-xilasetmə işlərində yanğınsöndürənlər, hərbi hissələr, yerli hakimiyyət orqanları və mülki şəxslər olmaqla 1348 nəfərin iştirak etdiyi bildirilib.
Mehin Mehmanqızı
Medinanews.az