Fransız rahibə Lüsile Randon 118 yaş 340 gün yaşında vəfat etdikdən sonra “dünyanın ən yaşlı insanı” titulu əl dəyişdirilib. Dünyanın ən yaşlı insan titulu Maria Branyasa keçib.
Medianews.az bildirir ki, Fransanın cənubundakı Tulon şəhərindəki Sainte-Catherine-Labouré qocalar evinin rəsmiləri rahibənin çərşənbə axşamı yatağında öldüyünü açıqlayıb. “Veteran tibb bacısı Andre” kimi də tanınan Randon bacının çoxdan ölümü arzuladığı ortaya çıxıb.
11 fevral 1904-cü il təvəllüdlü yaşlı qadın 2021-ci ilin əvvəlində Kovid-19-dan sağalıb.
Randon 2020-ci ildə bir Fransız radiosunda “Necə bu qədər yaşadın?” deyə soruşub? Qadın onun sualına belə cavab verib:
“Bunun sirrinin nə olduğunu bilmirəm. Bu suala ancaq Allah cavab verə bilər.”
Titulun yeni sahibi 4 mart 1907-ci ildə anadan olmuş Branyas olub. ABŞ-ın Kaliforniya ştatında dünyaya göz açan katalon qadın uşaq ikən İspaniyaya köçüb.
Branyas üç il əvvəl Catalan News-a demişdi ki, 1914-cü ildə etdikləri qayıdış səyahətini hələ də xatırlayır. Yaşlı qadın 1936-1939-cu illər İspaniya vətəndaş müharibəsi ilə bağlı dəhşətli xatirələrinin olduğunu da bildirib.
Bunlara əlavə olaraq, 1918-ci il qrip epidemiyası, iki dünya müharibəsi və koronavirusdan sağ çıxan Branyas iki il əvvəl etdiyi çıxışda “Koronavirus epidemiyası cəmiyyətin yaşlıları unutduğunu göstərdi” deyib.