Çində 61 ildən sonra bir ilk olub. Çinin əhalisi 800 min nəfər azalıb, insan sıxlığında isə azalma müşahidə olunub.
Medianews.az bildirir ki, dünyanın ən sıx məskunlaşdığı ölkə olan Çinin əhalisi 1961-ci ildən bəri ilk dəfə azalıb. Azalmanın ən böyük səbəbləri arasında doğum nisbətinin azalması, iqtisadi çətinliklər və koronavirus epidemiyası var.