“Survivor” iştirakçısı Nagihan Karaderedə xərçəng aşkarlanıb.
Bakupost.az bildirir ki, 2016, 2018 və 2022-ci illərdə “Survivor”da yarışan və uğurları ilə adından söz etdirən, bir müddət əvvəl öz gözəllik mərkəzini açan idmançı Nagihan Karaderenin xərçəng xəstəliyinə tutulduğu öyrənilib.
“Survivor Panorama”da Acun Ilıcalının “Nagihan nəyə əsasən yarışmada birinci olacaqdı?” sözlərindən sonra Nagihan Karadereyə zəng edən jurnalist Bilal Özcan sarsıdıcı xəbər alıb.
Karadere Özcana açıqlamasında Acun Ilıcalının dediklərinə çox üzüldüyünü və bir ay əvvəl ona xərçəng diaqnozu qoyulduğunu bildirib.
Xəstəliyindən danışan məşhur “Zəhmətimə yazığım gəldi, incidim. Öz dərdimə düşdüm. Necə ağrıdığını izah edə bilmirəm. 1 ay əvvəl xərçəng xəstəsi olduğumu öyrəndim. Hətta ailəmin də xəstəliyimdən xəbəri yox idi, yenicə öyrəndilər, bu gün anama dedim. Mənim üçün dua edin” deyərək kövrəlib.