Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutuna (ETTBİ) direktor təyin edilib.
Ssəhiyyə naziri Teymur Musayevin müvafiq əmrinə əsasən, bu vəzifəyə Sədaqət Qənbər qızı Hüseynova gətirilib.
Nazirin digər əmri ilə Rəhimə Ramiz qızı Məmmədova Elmi-Tədqiqat İnstitutunun direktorun müavini – baş həkim vəzifəsinə təyin olunub.
Səhiyyə naziri Teymur Musayevin daha bir əmri ilə nazirliyin Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna (ETTOİ) Şahin Bəylər oğlu Əkbərov direktor təyin edilib.
Həmçinin nazirin digər əmrinə əsasən, Kamil Elşad oğlu Eyvazov Elmi-Tədqiqat İnstitutunun direktorun müavini – baş həkim, Rüstəm Rəşidoviç Talışinski isə direktorun elmi işlər üzrə müavini vəzifəsinə təyin olunub.