Rusiyada koronavirusun “Omikron” ştammının “XBB.1.5” və ya “Kraken” subvariantı aşkar edilib.
Medianews.az xəbər verir ki, Rusiyada “kraken” omikron ştamının yeni yarımnövünün ilk halı qeydə alınıb.
XBB.1.5 “kraken” omicron subvariant virusuna yoluxma ilə bağlı ilk hadisə Penza vilayətində qeydə alınıb. ,
Omicron BA.5 xətti Rusiyada dominant olaraq qalır. Yanvarın 9-da məlum olub ki, “kraken”ə ilk yoluxma halları Rumıniyada aşkar edilib.
Mehin Mehmanqızı
Medianews.az