Medianews.az xəbər verir ki, Yaponiyada quş qripinə yoluxma səbəbi ilə məhv edilən toyuqların sayının 10 milyona yaxınlaşdığı bildirilir
Bu rəqəmin quş qripi səbəbindən bir mövsümdə məhv edilən ən çox heyvan sayı olduğuna diqqət çəkilib.
Mövsümün ilk halının aşkar edildiyi 2022-ci ilin oktyabrından sonra quş qripi xəstəliyi bütün Yaponiyada
yayılmağa davam edir .
Bu həftənin əvvəlindən etibarən Yaponiyada 47 əyalətdən 23-də quş qripinə yoluxma hallarının aşkarlandığı bildirilir.
Rəsmi Kyodo agentliyi ölkə daxilində quş qripinin yayılmasına köçəri quşların təsirinin olduğu təxmin edildiyini açıqlayıb.
2020-ci ilin noyabrından 2021-ci ilin martına qədər ölkədə quş qripi səbəbindən 9,87 milyon toyuq məhv edilib.
Mehin Mehmanqızı
Medianews.az