İstanbulda 16 yaşlı qızlar yaşıdlarına hücum edərək həmin anları lentə alıblar.
Medianews.az xəbər verir ki, parkda yaşıdları tərəfindən sıxışdırılan gənc qız şifahi və fiziki zorakılığa məruz qalıb.
Mobil telefonla lentə alınan görüntülərdə uşaqlardan birinin saçından tutduğu qıza amansızcasına zərbələr endirdiyi görülüb. Videonu çəkən oğlanın isə “Başını yerə vur” dediyi eşidilib. Davanı izləyən digər dostlar da davanı sonlandırmaq üçün müdaxilə etməyiblər.
Medianews.az