Bazar ertəsi, 6 Fevral 2023
  • Əlaqə
  • Haqqımızda
  • RU
  • EN
Medianews
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
Medianews

Çörəyə insan, donuz, qaz tükü qatılır – Qida ekspertindən ilginc açıqlama

Mehin
07/01/2023 16:08
218
BAXIŞ
FacebookTwitterTelegram

“Çörək istehsalçıları ağ una müxtəlif qatqılar əlavə edərək onun rəngini tündləşdirib qara çörək hazırlayır. Əslində bu çörəklər qara undan deyil”.
Bu sözləri qida üzrə ekspert Asim Vəliyev “Space”də “Elin gözü” verilişində deyib.

O, çörəyə insan və əsasən donuz tükündən hazırlanan qatqıların vurulduğunu açıqlayıb: “İstər unun rəngini dəyişmək, istər çörəyin tez boyatlaşmasının qarşısını almaq üçün qatqılardan istifadə olunur. Bunu ekspertlər bilir. Həmin qatqılar tükdən əldə edilir. Əgər həmin maddə Çində istehsal olunubsa, o zaman insan tükündən alınıb. Avropada isə bu maddə qaz və donuz tükündən əldə olunur. Eləcə də unun çox ağardılması üçün təhlükəli maddələrdən istifadə olunur. Bu da ağ çörəklə qidalananlarda ağır xəstəliklərə səbəb ola bilər”.

Qida üzrə ekspert  “Yeni Müsavat”a dedi ki, həmin maddənin adı sisteindir: “Sistein adlı qatqı maddəsi hazırda qida, dərman və kosmetika sənayesində istifadə olunan maddədir. Bu qatqı maddəsi əldə olunma mənşəyinə görə heyvan və insan mənşəlidir. Un emalında istifadə edilir. Heyvan tükü (əsasən donuz tükündən istifadə edilir), toyuq tükü, insan saçından (əsasən Çindən idxal olunur) əldə edilir. Un və un məmulatlarının hazırlanmasında stabilizator kimi istifadə edilir. Xüsusilə dönər çörəklərində və dilimlənmiş çörəklərdə geniş istifadə edilir. Həmçinin qida sənayesində xəmiri yumşaltmaq, elastiklik qazandırmaq, boyatlamanı gecikdirmək üçün istifadə olunur”.

Onun sözlərinə görə, sitein maddəsinin böyrək daşının əmələ gəlmə riskini gücləndirdiyinə dair məlumatlar var: “Bu qatqı maddəsi nadir hallarda qida qablaşdırmasının üzərində yazılır. Ancaq qatqı maddəsi olaraq L-Sistein kodu E 910, E 920 və  E 921 olaraq qeyd olunur”.

Ekspertə görə, donuz tükündən alınan bu maddənin un və un məmulatlarının istehsalında xəbərdarlıq edilmədən istifadəsi dini inanc baxımından doğru deyil: “İslam insan bədəninin hər hansı hissəsinin qida olaraq istifadə olunmasına icazə vermir. Digər əldə olunan qaynaqlardan toyuq və ya ördəyin də halal kəsilməsi lazımdır ki, onun tükü də halal olsun. Çin insan saçından və donuz tükündən hidroliz yolu ilə sistein əldə edən ən böyük istehsalçıdır. Daha sonrakı yerləri Yaponiya və Almaniya tutur”.

Eyyub Hüseynov: “Belə qatqılarla bağlı qeyri-şəffaflıq mövcuddur”

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov “Yeni Müsavat”a bildirdi ki, belə maddələrin Azərbaycanda un və un məmulatlarının hazırlanmasında istifadə edilməsi haqda məlumata malik deyil: “Qida Təhlükəsizliyi Agentliyi mətbuatda qida və qidalara vurulan qatqılarla bağlı məlumatları təqib etməli və bu məsələlərlə bağlı ictimaiyyətə açıqlama verməlidir. Agentlik yanında İctimai Şuranın üzvü olaraq dəfələrlə bu məsələni qaldırmışam. Hər hansı bir istehsalçı qatqıdan istifadə edirsə, bu halda istehsal etdiyi un məmulatının üzərində bu haqda məlumat verməlidir ki, istehlakçı seçim edə bilsin”.

E.Hüseynov Azərbaycanda un istehsalçılarının bu qatqıdan istifadə edib-etməməsi haqda suala belə cavab verdi: “Un dəyirmanlarında unun tez xarab olmasının qarşısının alınması üçün qatqıdan istifadə olunur. Lakin həmin qatqının mənşəyi haqda məlumat mənə məlum deyil. Belə qatqılarla bağlı qeyri-şəffaflıq mövcuddur. Bilinmir ki, belə qatqılar hansı ölkədən gətirilir”.

AQTA rəsmisi: “KİV-də qeyd olunan məlumatı qeyri-ciddi hesab edirik”

Azərbaycan Dövlət Aqrar Universitetinin  Qida məhsulları mühəndisliyi və ekspertizası kafedrasının müdiri, professor Hasil Fətəliyev isə “Yeni Müsavat”a bildirdi ki, belə qatqıların çörəyə vurulması elmi baxımdan nəzərdə tutulmur: “Son vaxtlar bəzi işbazların belə addımlar atması ilə bağlı məlumatlar var. Qatqılar var ki, çörəyə funksionallıq verir. Bəzi insanlar var ki, vitamin çatışmamazlığından əziyyət çəkir. Belə insanlar üçün xüsusi çörəklər hazırlanır. Unun tərkibinin vitaminlərlə zəngin olması üçün müəyyən təbii vasitələr qatılır. Balqabaq tumu, vələmir, amarantdan  da funksionallığın artırılması üçün istifadə olunur. Amarantın vətəni Mərkəzi və Cənubi Amerikadır. Amarant uzun illər Amerikada və Meksikada paxlalı bitki hesab edilib. Asiya qitəsində amarant Hindistanın, Pakistanın, Nepalın və Çinin dağ tayfalarının əsas dənli və tərəvəz bitkisi kimi geniş yayılıb. Azərbaycanda isə XIX əsrin sonunda peyda olub və yemək üçün səbzəvatın hazırlanmasında geniş istifadə olunub. Amarant bitkisi mineral maddələrlə və qələvi duzlarla zəngin olduğundan, zülallı məhsullarla qidalandıqda əmələ gələn artıq turşuları neytrallaşdırır. Amarantın yaşıl kütləsi və dəninin tərkibində insan və heyvan orqanizminin fəaliyyəti üçün vacib olan protein, mineral maddələr və vitaminlər vardır. Qida dərmandır. Eyni zamanda qida zəhərə çevrilib öldürə də bilər. Son zamanlar qidanın dərman olması xüsusi önəm kəsb etməyə başlayıb. Sağlam qidalanma sağlam və uzun ömürə yol açır”.

Hasil Fətəliyev hesab edir ki, çörəyə haram qatılması yolverilməzdir: “Belə hallar varsa, araşdırılıb tədbir görülməlidir”.

DAHA ÇOX OXU

1-MANŞET

İlham Əliyev Ərdoğana başsağlığı VERDİ

06/02/2023 10:09
1-MANŞET

Azərbaycan Türkiyəyə başsağlığı verdi – FOTO

06/02/2023 09:13
1-MANŞET

Azərbaycan Xilasediciləri yardım üçün Türkiyəyə yola düşür

06/02/2023 09:03
Ölkə

Azərbaycanda ata qızlarına işgəncə verdi – FOTO

04/02/2023 17:50
Ölkə

Azərbaycanda nə qədər qızıl istehsal edilib?

04/02/2023 17:35
Ölkə

Soğan gömrük rüsumundan azad edildi

04/02/2023 16:05
SON XƏBƏR

“40 milyonluq Azərbaycan bir yumruq olub, qalib gələcək”

Gülay Zeynallı paylaşımı ilə DİQQƏT ÇƏKDİ - FOTOLAR

Nazirdən müavinət və təqaüdlərin artırılması ilə bağlı AÇIQLAMA

Xəbər lenti

Canlı yayımda kabus yaşadılar – Müxbir danışarkən arxasındakı bina uçdu (VİDEO)

06/02/2023 17:16

Türkiyədə dağıntılar altında qalan azərbaycanlı tələbələrin FOTOLARI

06/02/2023 16:49

Şöbə müdiri mediaya vergi güzəştlərinin tətbiq edilməsindən DANIŞDI

06/02/2023 16:44

Dağıntılar altından xilas edilən azərbaycanlı tələbələrin FOTOLARI

06/02/2023 16:34

Səfirliyimizə hücumun YENİ GÖRÜNTÜLƏRİ- İran polisi maşına minərək qaçır – ANBAAN VİDEO

06/02/2023 16:30

“Xilasetmə və axtarış işləri sürətlə davam edir”- Türkiyəli jurnalist

06/02/2023 16:27

Vasif Tağıyev avtomat terrorçunun əlində ikəndarağıçıxarıb – YENİ TƏFƏRRÜAT

06/02/2023 16:22

İrandakı səfirliyimizdə törədilən terror aktının – Təfərrüatı

06/02/2023 16:05

Türkiyədəki azərbaycanlılar bu nömrələrlə əlaqə saxlasınlar- Siyahı

06/02/2023 15:43

SON DƏQİQƏ! Azərbaycanda vəzifəli şəxs HƏBS EDİLDİ

06/02/2023 15:30

Türkiyədəki zəlzələdə azərbaycanlılar da xəsarət alıblar

06/02/2023 15:30

Azərbaycanlı məşhurlardan Türkiyəyə dəstək- VİDEO

06/02/2023 15:19

Türkiyəli media rəhbərindən ÇAĞIRIŞ: “Vəziyyət çox kritikdir, böyük köməyə ehtiyac var”

06/02/2023 14:58

İlham Əliyev Rəcəb Tayyib Ərdoğana zəng edib

06/02/2023 14:57

Oğlu dağıntılar arasında qalan atanın fəryadı-VİDEO

06/02/2023 14:45

Türkiyədə daha bir güclü zəlzələ

06/02/2023 14:40

Dağıntılar altında qalanlar fəryad edir: “Qardaşımdan səs gəlir”- VİDEO

06/02/2023 14:32

Sahil Babayev bu xanımı yüksək vəzifəyə TƏYİN ETDİ

06/02/2023 14:25

Zəlzələdə 912 nəfər ölüb, 5385 nəfər yaralanıb – Ərdoğan açıqladı

06/02/2023 14:21

Bacısından danışan Nazpəri: “Dedi qədrini bilməmişəm, niyə belə etmişəm?”

06/02/2023 14:19

“O, Azərbaycanın ən əxlaqsız xanımı olacaq” – Elnarə Abdullayevadan ŞOK AÇIQLAMA

06/02/2023 14:17

Azərbaycanda da zəlzələ olacaq?- AÇIQLAMA

06/02/2023 14:14

Zəlzələdən 8 saat sonra dağıntılar altından sağ çıxdı

06/02/2023 14:14

Əhaliyə XƏBƏRDARLIQ: Bu tarixdə Bakıya qar yağacaq

06/02/2023 13:58

Daha çox
Medianews

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.

Hər zaman sizinlə Medianews.az ailəsi.

Bizi sosial şəbəkələrdə izləyin!

Xəbərlərə abunə olun

  • RU
  • EN
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
No Result
View All Result

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq. Hər zaman sizinlə Medianews.az ailəsi.