Medianews.az xarici KİV- ə istinadla xəbər verir ki, ABŞ dünyanın ilk bal arısı peyvəndini təsdiqləyib. Peyvənd indiyə qədər müalicəsi olmayan xəstəliyin dərmanı olub.
Peyvəndi hazırlayan şirkət bu həftə ABŞ Kənd Təsərrüfatı Departamentindən şərti icazə aldığını açıqlayıb.
Təbiətdə son illərdə sayı azalan arılar tozlandırıcı xüsusiyyətləri ilə ekosistemdə çox mühüm rol oynayırlar. Peyvəndi hazırlayan Dalan Heyvan Sağlamlığının baş direktoru Annette Kleiser, bu peyvəndin bal arılarının qorunması sahəsində inqilab edə biləcəyini söyləyib. Peyvənd ana arıya bakteriyanın təsirsiz hala salınmış versiyasını ehtiva edən gellə qidalandırmaq və onun sürfələrini bakteriyaya qarşı immunitet yaratmaqla işləyir.
ABŞ Kənd Təsərrüfatı Departamentinin məlumatına görə, ölkədə bal arısı koloniyaları 2006-cı ildən bəri azalır.
Nazirlikdən bildirilib ki, bunun səbəbləri arasında parazitlər, xəstəliklər və işçi arıların ana arıları tərk etdiyindən koloniyanın çökməsi xəstəliyi yaranıb.
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının məlumatına görə, arılar, quşlar və yarasalar kimi tozlandırıcılar qlobal məhsul istehsalının üçdə birini təşkil edir.
Bu günə qədər çox yoluxucu amerikan işçi arıların xəstəliyinin müalicəsi tapılmamışdır. Xəstəliyə qarşı atılacaq yeganə addım koloniyadakı bütün arıların, pətəklərin və istifadə olunan avadanlıqların yandırılması və ətrafdakı digər koloniyalara antibiotiklərin verilməsidır. Bu peyvənd işçi arılara ana arılarını qidalandıran qidalandırıcı geldə veririr.
Peyvənd ana arının yumurtalıqlarına çatır və oradan balaya ötürülür.
Beləliklə, bala arıların bu bakteriyadan ölmə riski azalır. Kaliforniya Arıçılar Assosiasiyasının İdarə Heyətinin üzvü Trevor Tauzer bildirib ki, bu peyvənd arıçılar üçün həyəcanverici bir addımdır.
Dalan şirkəti bu il bazara çıxarılacaq peyvəndi ABŞ-dakı arıçılara məhdud sayda satacaqlarını açıqlayıb.
Mehin Mehmanqızı
Medianews.az