Medianews.az xarici KİV – ə istinadla xəbər verir ki, Nigeriyanın Kebbi əyalətində 100-dən çox sərnişinin olduğu qayığın batması nəticəsində 10 nəfərin öldüyü bildirilib.
Kebbi Əyaləti Yerli Rəhbərliyinin sədri Yahaya Bello verdiyi açıqlamada fermerləri daşıyan qayığın naməlum səbəbdən batdığını bildirib.
Bello, qayıqda olan 80 sərnişinin xilas edildiyini və bölgədə axtarış işlərinin davam etdiyini bildirib.
Mehin Mehmanqızı
Medianews.az