O ərazilərdən rus sülhməramlılarının icazəsi, razılığı və köməyi olmadan heç kəs, heç yana çıxa bilməz. Bu qeyri-mümkündür. Xankəndidən birbaşa Şuşaya gəlib, bu yola çıxmaq əvəzinə Qarqar çayının kənarı ilə gəlib keçmək və yaxud da ki, Kərkicahan istiqamətindən çıxıb dağdan aşıb digər yola çıxmaq ehtimalları var. Amma ən sonda gəlib Şuşadan sərhəddə yeni çəkilmiş yola çıxılmalıdırlar. Həmin ərazilər də bu gün rus hərbi kontingentinin nəzarətindədir.
Medianews.az xəbər verir ki, bunu Teleqraf.com-a Xankəndidən çıxış üçün alternativ yol ehtimallarını dəyərləndirən Milli Məclisin deputatı Elman Məmmədov deyib
O qeyd edib ki, özünü qondarma rejimin rəhbəri hesab edən cinayətkar Araik Arutunyan Fransaya getmişdi: “Şuşa-Xankəndi yolunda azərbaycanlı fəalların aksiyası başlandı, sülhməramlılar yolu bağladı. İndi açıq bir sual qalır ki, həmin o terrorçu Xankəndiyə necə, hansı yollarla keçib? Əgər rus hərbi kontingenti orada xəyanətlə satqınlıqla məşğul deyilsə, Ruben Vardanyan kimi caninin pulu ilə hərəkət etmirlərsə, Arutunyanın Xankəndiyə necə keçməsi aydınlaşmalıdır. Hava yolu ilə bu mümkün deyil. Xankəndiyə gələsi vertolyot da yoxdur. Demək ki, Arutunyanı rus hərbi kontingentinin yük maşınları hümanitar yardım adı altında Xankəndiyə keçirib. Çünki humanitar yüklərin keçidi orada maneəsizdir, maşınların üzəri çadırlarla bağlı olduğu üçün kim bilir ki, onlar nə daşıyırlar? Onların kimi apardığı, hansı yükləri daşıdığı aydınlaşmalıdır”.
Millət vəkili hesab edir ki, Azərbaycan ictimaiyyəti haqlı olaraq hələ ki burada ekoloji terror, təbii sərvətlərimizin talanması məsələsini qoyub: