Tanınmış müğənni Afət Fərmanqızı Medianews.az-a Rusiyada avtomobili necə idarə etməsindən danışıb: ” Mən gözləyirdim ki, sərhədlər açılar yoldaşım maşını sürüb gətirər, amma pandemiyaya görə hələ yollar bağlıdır. Evakuator vasitəsilə maşını Rusiyaya gətrimək fikrindəyəm. Açığı maşına ehtiyacım yoxdur, yoldaşımın maşınları var, mənə maşın verib, amma mən maşından çox istifadə etmirəm. Qarda maşın sürməyə çəkinirəm, yəni təcrübəm olmadığı üçün qəza şəraitindən qorxuram. Hər zaman qar olmadığı üçün düşünürəm ki, maşın lazımdır. Artıq işlərə başlamışıq yaxınlarda maşın yanımda olacaq yeni şəkilləri videoları izləyicilərlə paylaşacam”.
23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.
Hər zaman sizinlə Medianews.az ailəsi.