AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Tailandda turist qayalarla dolu yolda selfi çəkdirərkən qatardan düşüb.
Turisti bütün müdaxilələrə baxmayaraq, xilas etmək mümkün olmayıb.
Dostları ilə tətilə getdiyi Tailandda 45 yaşlı Patrik Uord hərəkətdə olan qatarda selfi çəkdirmək istəyərkən qatardan metrlərlə aşağı düşüb. Şahidlərin dediyinə görə, kişi şəkil çəkdirmək üçün qatarın qapısını açmağa çalışıb.
Xilasedicilər təqribən yarım saat ərzində çətinliklə endikləri yamacın 8 metr altına düşən şəxsi diriltməyə çalışıblar. Lakin bütün müdaxilələrə baxmayaraq, turisti xilas etmək mümkün olmayıb və dünyasını dəyişib.