Zimbabevdə Janet Ekpe adlı qadın ərinin onu ən yaxın dostu ilə aldatdığını öyrənib.
Medianews.az xəbər verir ki, evdə verdiyi yeməklə ərini əvvəlcə zəhərləyən qadın, daha sonra kişinin cinsiyyət orqanını kəsərək atıb.
Zimbabevdə yaşayan 33 yaşlı Janet Ekpe ən yaxın dostu və ərinin münasibəti olduğunu öyrənib. Bu xəbəri alandan sonra qorxunc plan hazırlayan Janet Ekpe axşam saatlarında ərinə evdə zəhərli yemək verib.
Janet Ekpe daha sonra ərinin ölümünü dəqiqələrlə seyr edib. Ərinin öldüyünə əmin olduqdan sonra ərinin cinsiyyət orqanını kəsərək zibil qutusuna atıb.
Dəhşətli hadisədən sonra ifadəsi alınan qadın rəfiqələrinin ərini yaraşıqlıd gördüyünü və əvvəllər də ərinə bu barədə xəbərdarlıq etsə də, ərinin ona qulaq asmadığını bildirib.
Medianews.az