Türkiyədə 2 il əvvəl sağ əlinin baş barmağını itirən 24 yaşlı gəncə sol ayağının barmağı köçürülüb.
Medianews.az xəbər verir ki, Yusif adlı gənc həyatının normala döndüyünə sevindiyini bildirib.
Həkimlər ayağın baş barmağının əlin funksiyası üçün vacib olduğunu irəli sürərək Yusif adlı gəncə sol ayağın orta barmağını əlinə tikməyi təklif ediblər. Bunu qəbul edən Yusif əməliyyata alınıb. Onun ayağının barmağı götürülüb əlinə tikilib.
Medianews.az