Ermənistan Moskvanı Gümrüdəki 102-ci Rusiya hərbi bazasının blokadası ilə hədələyib
Bu barədə Milli Demokratik Qütbün (MDP) siyasi hərəkatının üzvü Vahe Qasparyan deyib.
“Əgər yaxın günlərdə dəhliz açılmasa, o zaman Gümrüdəki hərbi bazanı bloklamaq çağırışı ilə xalqımıza müraciət edəcəyik. Bu məqsədlə Polyus (PDP) Ermənistanın o siyasi dairələri ilə müzakirələr aparacaq ki, onların Qarabağın ruslar tərəfindən blokadaya alınması ilə bağlı qiymətləndirmələri bizimkilərlə üst-üstə düşür”, – Vahe Qasparyan hdeyib. (Üçnöqtə.az)