ABŞ-da qar fırtınasından sonra Viskonsin ştatının Gills Rok şəhərindəki estakada və mağaza donub.
Medianews.az xəbər verir ki, ABŞ -da soyuq dalğa öz təsirini davam etdirir. Viskonsin Ştatının Miçiqan gölünün sahilindəki Gills Rok qəsəbəsində qar fırtınası baş verdikdən sonra həyat dayanıb.
Belə ki, Sahil estakadası və hədiyyə dükanı tamamilə donub.
100 il yaşı olduğu bildirilən binanın çöl hissəsinin tamamilə donduğu müşahidə edilib.
Medianews.az