Şənbə, 18 May 2024

Polis bu qadını axtarır – Görənlərdən xahiş olunur ki… – FOTO

Xəzər rayonu Binə qəsəbəsində yaşayan Misir Həsənov Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinə müraciət edərək bildirib ki, 24.12.2022-ci il tarixində onunla birlikdə yaşayan qızı 1998-ci il təvəllüdlü qızı Zeynurə evdən çıxıb və bir daha geri qayıtmayaraq itkin düşüb.

Bu barədə DİN-in mətbuat xidmətindən bildirilib.

Zeynurə Misir qızının əlamətləri: boyu 1.55 santimetr, gözlərinin və saçlarının rəngi qaradır. Evdən çıxan zaman əynində göy rəngli cins şalvar və boz rəngli köynək olub. Zeynurə Misir qızı haqqında məlumatı olanlardan 055-215-21-20, 051-841-41-41, 055-252-00-71, 012-590-72-03 nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur.

DAHA ÇOX OXU

Xəbər lenti