İngiltərədə 20 həftəlik olarkən ana bətnində ölü elan edilən balaca körpə diri doğulub. Xəstəxana səbəb olunan sıxıntı və narahatlığa görə ailədən üzr istəyərkən, qadının möcüzəvi doğum hekayəsi həm sosial mediada, həm də İngiltərə mətbuatında diqqət çəkib.
Medianews.az xəbər verir ki, İngiltərədə yaşayan 27 yaşlı Hannah Cole adlı qadının başına gələn hadisə ölkədə ən çox danışılan mövzulardan birinə çevrilib.
Hannah hamiləliyinin 20-ci həftəsində Bradford Kral Xəstəxanasına (BRI) yerləşdirilib.
Həkimlər müayinə zamanı ürək döyüntülərini eşitməyəndə anaya bəd xəbər verərək körpənin ana bətnində öldüyünü açıqlayıblar. Ana isə körpəsini qucağın almağın xəyalı ilə yaşayıb. Mətbuata açıqlamasında içindəki səsin onun övladının hələ də sağ olduğunu deyib. Analıq instinktinə arxayın olan Hanna həkimlərdən sonuncu dəfə müayinə etmələrini istəyib. Nəticə həkimləri belə təəccübləndirib, körpənin ürəyi yenidən döyünməyə başlayıb.
Medianews.az